1 ... 41 42 43 44 45 46 47 48 ... 102

The scientific and pedagogical - səhifə 45

səhifə45/102
tarix18.06.2018
ölçüsü5.08 Kb.

110 
 
R.S.Səfərəliyeva 
 
Bu mətnlərin müəlliflərinin bir çoxu tam dəqiqliyi ilə bizə  məlum deyildir. R. 
Rüstəmzadənin inamına görə, “dastanlardakı qoşmalarda və xüsusilə dastanların 
sonunda verilmiş duvaqqapmalarda öz müəlliflərini yaratmışdır. Məsələn, açıq demək 
olar ki, “Qara Tanrıverdi” dastanını əməkdar incəsənət xadimi Bozalqanlı Aşıq Hüseyn, 
“Qandal Nağı” dastanını el şairi Hüseyn Qəmli,  “Hacı Tağı” dastanını isə Göyçəli 
Əşrəf yaratmışdır. (bax:  3, 135). Bozalqanlı Aşıq Hüseynin “Cin Əli”, Xəyyat Mirzənin 
“Qandal Nağı”, Aşıq  Ələsgərin “Dəli alı” və s. müxəmməsləri gerçək qaçaqların 
igidliyinə həsr olunmuşdur. 
Həmin qaçaqların adları  və hünərləri xalq arasında o qədər  əfsanələşmişdi ki, 
aşıqlar. El şairləri onların  şərəfinə  rəvayətlər, nəğmələr qoşurdular, el məclislərində 
onları tərifləyirdilər. Tarixi- sosial mündəricəyə malik olan bu əsərlərdə “... xalqın tarixi 
keçmişi  əks olunurdu. Onlarda əməkçi kütlənin keçmişə münasibətindən, ayrı- ayrı 
hadisələri və şəxsləri dəyərləndirmədən söz açılırdı” (4, 218).  
Qaçaq dastanlarının qəhrəmanları arasında Qaçaq Nəbinin adı ilk sırada gəlir. O, 
haqqında ən çox qəhrəmanlıq nəğmələri və rəvayətlər qoşulmuş atı (Boz at) və xanımı 
(Həcər) vəsf edilən qaçaqdır. XX əsrin  əvvəllərində “Qaçaq Nəbi” dastanı    və bu 
dastandan  şeirlər aşıqların dillərində geniş söylənilir. XX əsrdə “Qaçaq Nəbi” az qala 
“Koroğlu”dan sonra Azərbaycan aşıq mühitində ən populyar dastanlardan biri olur. 
Həm “Koroğlu”, həm də qaçaq dastanları “xalqın maddi və  mənəvi varlığı ilə 
səsləşdiyinə, onun azadlıq meyllərini və ictimai- siyasi təfəkkürünün düzgün əks 
etdirdiyinə”  görə epik yaddaşda yaşaya bilir. 
Qaçaqlarla Koroğlu arasında metonimik səviyyədə  mənəvi. Psixoloji, simvolik 
paralellər vurğulanır. Məsələn, “Qara Söyün” dastanında pristavla Qara Söyündən 
arasında dialoqa nəzər yetirək:  
“-  Əyə. Qara Söyün, özünü Koroğluya oxşadırsan. De görüm. Onu 
tanıyırsanmı? Deyirlər, onun bu yerlərdə səngəri var. 
 
-  Nəçənnix, mən heç yana qaçan deyiləm, heç olmasa, ya ayağımı, ya da 
qollarımı açın, günün istisidi, bir nəfəs alım, üstəlik Koroğlunun səngər yerini də 
göstərim” (5, 129). 
 
İ. Abbaslı da qaçaq dastanlarını bu baxımdan “Koroğlu” silsiləsinin davamı 
hesab edir: “Real tarixi hadisələrlə  səsləşən dastanlar bir növ, “Koroğlu” silsiləsinin 
davamı olub, qəhrəmanlıq motivi ilə zəngin əsərlərdir” (6, 13). “Həm “Tanrıverdi”, həm 
də “Kamal”da açıq- aydın Koroğlu ruhu, Koroğlu nəfəsi duyulmaqla, Koroğlu 
qoşmalarının təsiri hiss edilməkdədir” (6, s. 313- 314). 
R. Rüstəmzadə də “Qaçaq Nəbi” dastanının “Koroğlu”nun təsiri ilə yarandığını 
qeyd  edir (3,  69). “Qaçaq Kərəm”də bəzi səhnələrin “Koroğlu” ilə səsləşməsi də diqqət 
çəkir.  
Qaçaq Kərəm aşığa “Koroğlu”dan oxumasını xahiş etməsi də bu üzdəndir.  İ. 
Sadığın fikrincə, “bütün qəhrəmanlıq dastanlarında bir- birinə oxşar səhnələrə rast 
gəlinməsinə  təbii baxmaq lazımdır. Qəhrəmanlığı, igidliyi, mərdliyi səciyyələndirən 
ayrı- ayrı keyfiyyətlər bütün qəhrəmanlıq dastanlarının ruhuna, mayasına hopduğundan 
bu cür oxşar səhnələrin mövcudluğu gözlənilən haldır. Bunlarda “Koroğlu”nun təsiri 
danılmazdır” (7, 24). 
P.  Əfəndiyev “Qaçaq Nəbi”ni dastan kimi qəbul edir. Onun fikrincə, dastanı 
inkar etmək XIX sərin  əvvəllərində yaranmağa başlayan “qaçaq nəğmələr” silsiləsini 
inkar etmək deməkdir(2, 129-130). 
 “Qaçaq  Nəbinin qəhrəman obraz kimi epikləşməsində XVII əsr milli 
improvizatorluq ənənələrindən istifadə olunduğu nəzərə çarpır. 
 

111 
 
R.S.Səfərəliyeva 
 
Məsələn, Koroğlu qəhrəmanlığının Qırat, Çənlibel, Misri qılınc tamamladığı 
kimi, Qaçaq Nəbi igidliyini də Boz at... “Aynalı tüfəng” və Zəngəzur dağları həmin epik 
vüsətə qaldırır. 
Dastanda Kərbəlayi Məhəmməd Nəbiyə silah və at verib deyir: “Bu elə bir 
tüfəngdir ki, düşməni özünə  çəkər, bundan çıxan güllə  hədəfdən yan keçməyib. Bir 
halda ki, Zəngəzur dağlarına çəkilirsən, bu “Aynalı” tüfəngi də sənə verirəm. Bir də, au 
oğul, töylədə bir boz dayça var, hələ yüyənə düşməyib. Unutma ki, bu adi dayça deyil. 
Boz at nəslidəndir, dəryadan çıxmış madyanla çöl ayğırından törəyib. Boz at heç vaxt 
səni darda qoymaz” (8, 681- 682). 
Məhəmməd  Əmin Rəsulzadə “Azərbaycan tarixində qaçaq hərəkatı” 
məqaləsində yazır: “Azərbaycanda qaçaq hərəkatı  əsasən rus çar rejiminə  və yerli 
zülmkarlara qarşı mübarizə prosesində meydana gəlmişdir. Azər xalqı öz gördükləri 
işlərlə igidlik və yenilməz qəhrəmanlıq dastanlarını yaradan qaçaqları sevmiş, tərifləmiş 
və qorumuşdur. Çünki qaçaqlar Azərbaycanın zülmdən qurtarması  uğrunda mübarizə 
aparmışlar. XIX  əsrin ikinci yarısında igidlikləri ilə hörmət qazanan qaçaqlardan 
zəngəzurlu Qaçaq Nəbini  əlimizdə olan məlumatlara və  eşitdiklərimizə  əsaslanaraq 
anlatmaq istəyirik. Zəngəzur və Naxçıvanda qorxmadan partizan müharibəsi aparan 
Qaçaq Nəbi Gəncə vilayəti, Zəngəzur qəzasının Aşağı Mollu kəndində (indiki Qubadlı) 
anadan olmuşdu. Yeddi nəfərdən ibarət ailəni atası  çətinliklə dolandırırdı. Günlərin 
birində 16 yaşlı  Nəbinin atasını  bəy döyür. Bunu görən Nəbi bəyin üzərinə atılaraq 
onunla savaşır. Bəyin  şikayətinə  əsasən Nəbi həbs olunur. O, həbsdən qaçaraq 
həmfikirlərini ətrafına toplayır. Rus çar rejiminə və onun Azərbaycandakı əlaltıları olan 
bəylərə qarşı mübarizəyə başlayır. Nəbinin arvadı Həcər xanımla yanaşı baldızı Mehri 
xanım da bu mübarizədə yaxından iştirak edir. Nəbi həbsxanadan qaçdıqdan sonra çar 
idarəsinin Azərbaycandakı  əlaltıları olan mülkiyyət sahibi xan və  bəylərin zülmündən 
cana gələn kəndlilərdən  əli silah tutan bir hissəsi onun ətrafına toplanır. Nəbinin  əsas 
düşmənləri çar rejimi, xanlar və  bəylər idi. O bu mübarizədə kasıbları  və onların 
hüquqlarını müdafiə edirdi. Nəbinin mübarizə apardığı  ərazi Zəngəzur və Naxçıvan 
vilayətləri idi. Nəbinin müasirləri də Azərbaycanın başqa vilayətlərində qaçaqlıq 
hərəkatını davam etdirirdilər. Istismarçı imperializmə və rus çar rejiminə qarşı mübarizə 
aparan qaçaqlara xalq yaxından köməklik edir, onlarla fəxr edirdi. Xalq onları ərzaqla 
təmin edir, yeri gəldikdə gizlədirdi. Nəbi uzun müddət rus kazakları ilə vuruşur, 
sıxışdırıldığı zaman İrana və Türkiyəyə sığınırdı. Çar idarəsi bu hərəkatı yatırtmaq üçün 
bütün vasitələrə  əl atırdı. 1894-cü il iyulun 20-də  Nəbinin qardaşı Mehdi Gürcivan 
kəndində çar cəsusları tərəfindən öldürülür. Bu hadisədən sonra Nəbi Gürcivan kəndinə 
gələrək kazaklarla döyüşə girir, rus çar idarəsində xidmət edən ağaları öldürür və Arazı 
adlayaraq  İrana keçir. Arvadı  Həcər xanım Çiçəkli kəndində qalır. Rus idarəsinin 
cəsusları  Həcərin Çiçəkli kəndində olduğunu xəbər tuturlar və  Həcər bacısı Mehri ilə 
birlikdə həbs olunur. Gorusdakı qalada saxlanılır. Nəbi 1895-ci il oktyabrın 28-də Gorus 
qəsəbəsini öz dəstəsiylə əhatəyə alır, rus polkovnikindən Həcəri və baldızını tələb edir. 
Rus polkovniki Nəbinin bu tələbini yerinə yetirməyə məcbur olur. Nəbi günlərin birində 
dəstəsilə mühasirəyə düşür. Buna baxmayaraq o, yoldaşlarını döyüşə  cəsarətləndirir, 
mühasirəni yararaq qurtulurlar.” Xalqın böyük sevgisi ilə Qaçaq Nəbiyə  həsr etdiyi 
şeirlərdən, qoşduğu dastandan xeyli nümunələr gətirən M. Ə. Rəsulzadə yazır: “Bu 
dastanın  əsas mövzusu rus imperializminə qarşı aparılan azadlıq mübarizəsindən 
ibarətdir. Dastanda “Nəbi urusları burda qoymadı” misrası olduqca çox işlədilir. 1896-cı 
ilin mart ayında Nəbi Kərbaladan dönərkən Türkiyə ilə  İran sərhəddi arasında olan 
Larni kəndində rus cəsusları tərəfindən əvvəlcədən hazırlanmış pusqunun qurbanı olur.  
 

:

journals
journals -> Paper Title (use style: paper title)
journals -> A sexual violation in an analytic treatment and its personal and theoretical aftermath
journals -> Aşura mərasimləri, mənəvi dəyər kimi Müəllif: Dr. İbrahim Zöhrab oğlu Quliyev 1 Alınan tarix
journals -> Laval théologique et philosophique narbonne, Jean-Marc, La Métaphysique de Plotin
journals -> 36 Sesaebi-184-187+. doc
journals -> Manas Sosyal Araştırmalar Dergisi 016 Cilt: Sayı: Manas Journal of Social Studies


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


tipi-zabolevaemosti---2.html

tipi-zauchennogo.html

tipichnaya-kartina-v.html

tipichnie-formi-ostrogo.html

tipichnie-narusheniya.html