1 ... 79 80 81 82 83 84 85 86 ... 102

The scientific and pedagogical - səhifə 83

səhifə83/102
tarix18.06.2018
ölçüsü5.08 Kb.

 
207
V.P.Hüseyn
 
 
 
 
Bəyannamədə suların çirklənmədən qorunmasının tamamilə  və bütövlükdə 
hökumətin vəzifəsinə daxil olduğu və bu sahədə sıx şəkildə beynəlxalq əməkdaşlığın tələb 
olunduğu göstərildi. 
  Bundan 
başqa, Bəyannamədə suların çirklənmədən qorunmasının  əhalinin su ilə 
təchizatı və su resurslarından istifadə siyasətinin ayrılmaz tərkib hissəsi olduğu vurğulanır. 
Bəyannamədə  həmçinin hökumətlərin bu siyasətin effektiv şəkildə  həyata keçirilməsi 
üçün təşkilati və hüquqi tədbirlərin qəbul etməsinin, habelə iqtisadi tədbirlər həyata 
keçirmələrinin, bununla bağlı olaraq beynəlxalq  əməkdaşlığı  məhkəmləndirilməsinin 
zəruriliyi qeyd edilib. 
Beynəlxalq Hüquq Assosiasiyasının 52-ci konfransında Beynəlxalq çay sularından 
istifadə Qaydaları  qəbul edilmişdir. Bu sənəd beynəlxalq hüquq mənbələrinə Helsinki 
qaydaları olaraq keçmişdir. 
Beynəlxalq çayların sularından istifadəsi üzrə tövsiyyə kimi işlənib hazırlanan 
həmin sənədin müddəaları zaman keçdikcə opinio juris olaraq tanınaraq beynəlxaq adət 
norması xarakterinə malik olmuşdur (11).

  


Helsinki qaydalarında nəqliyyat məsələlərindən başqa çayların çirkləndirilməsi (3-
cü fəsil, IX, X, XI maddələr) problemlərinə aid müddəalar vardır. Həmin sənədə əsasən 
çayların çirkləndirilməsi dedikdə insan fəaliyyəti nəticəsində beynəlxalq çay hövzəsi 
sularının məzmunu, tərkibi və keyfiyyətinin istənilən zərərli halda dəyişilməsi başa 
düşülür. 
Qaydaların 10-cu maddəsinə  əsasən beynəlxalq çay sularından  ədalətli  şəkildə 
istifadə edilməsi prinsipinə uyğun olaraq dövlət başqa hövzə dövlətinin  ərazisinə  əsaslı 
zərər yetirə bilən, beynəlxalq çay hövzəsi sularının çirkləndirilməsinin istənilən 
formasının və ya mövcud çirklənmənin  dərəcəsinin artmasının qarşısını almağa 
borcludur. 
B.M. Klimenkonun qeyd etdiyi kimi bu norma iki prinsipə əsaslanır: digər dövlətin 
ərazisinə zərər yetirilməməsi və beynəlxalq çay hövzəsi sularından istifadə ilə bağlı hər bir 
dövlətin ədalətli paya malik olması (7).  
Həmin prinsiplər beynəlxalq su axınları ilə bağlı bir çox sazişlərin mətnlərinə daxil 
olmuşdur. Bundan əlavə beynəlxalq su axınlarının statusu ilə bağlı, su ehtiyatlarından 
bərabər hüquqlu istifadə edilməsi, su resursları və su axınlarının ümumi idarə olunması, su 
resurslarından ağıllı istifadə olunması  və  s.  kimi  XX  əsrin sonu, XXİ  əsrin  əvvəllərində 
qəbul edilən beynəlxalq və regional konvensiyalara ciddi təsir göstərən bir sıra doktrinalar 
meydana çıxdı (10). 
 
 
 
Daha sonra Avropa Iqtisadi Komissiyası “Transsərhəd çirklənmə də daxil olmaqla 
su resurslarının çirklənməsinin qarşısının alınması  və mübarizə aparılması sahəsində 
siyasət haqqında Bəyannamə”, “Su ehtiyatlarının rasional şəkildə istifadəsi sahəsində 
siyasətlə bağlı  Bəyannamə” (1984), ö cümlədən “Yeraltı suların rasional istifadəsi 
haqqında” Xartiya qəbul etdi. 
 
 
ATƏM-in 1975-ci il il Yekun Aktında qeyd olunur ki, “Ətraf mühitin müdafiəsi və 
yaxşılaşdırılması, habelə  təbiətin mühafizəsi və onun indiki və  gələcək nəsillərin 
mənafeləri naminə rasional istifadə edilməsi xalqların rifahı  və bütün ölkələrin iqtisadi 
inkişafı üçün böyük əhəmiyyətə malik olan vəzifələrdən biri sayılır”. 
 
 
Bu sənəddə də əməkdaşlığın aşağıdakı sahələri nəzərdə tutulmuşdur.  
  Bunlar: 
bir 
neçə ölkənin ərazisindən axan çayların və beynəlxalq göllərin sularının 
çirklənmədən qorunması; suyun keyfiyyətinin artırılmasının texniki üsüulları və sənaye və  

 
208
V.P.Hüseyn
 
 
məişət tullantılarının təmizlənmə vasitələrinin və üsullarının inkişaf etdirilməsi;  şirin su 
ehtiyatlarının qiymətləndirilməsi və yaxşılaşdırılması metodları və s. 
      Daha sonra bu sahədə  əməkdaşlıq ATƏM-in Madrid (1980) və Vyana (1989) 
sənədlərində daha konkretləşdirildi. 
    
Beynəlxalq su axınlarının statusu və mühafizəsi məsələləri  ətraf mühitin 
mühafizəsi üzrə Stokholmda (1972) və Rio-de-Janeyroda (1992) keçirilən beynəlxalq 
konfranslarda müzakirə olunub. 
  Xüsusilə Rio-de-Janeyro bəyannaməsində qeyd olunmuşdur ki, “Trasnssərhəd və 
qlobal ekoloji problemlərin həllinə yönəlik  ətraf mühitin qorunması sahəsində görülən 
tədbirlər mümkün olduğu qədər beynəlxalq konsensusa əsaslanmalıdır (12-ci prinsip). 
BMT-nin Avropa İqtisadi Komissiyasının səyləri ilə 1992-ci ilin martın 17-də 
Helsinki  şəhərində “Beynəlxalq transsərhəd su axınlarından və beynəlxalq göllərdən 
istifadə olunması və mühafizəsi üzrə Konvensiya qəbul edilmişdir (12).  
Konvensiya iştirakçılar üçün: 
Transsərhəd təsirə yol açan və ya aça biləcək suların çirklənməsinin qarşısının 
alınması və ya məhdudlaşdırılması:  
Tarnssərhəd sularından ekoloji cəhətdən  əsaslandırılımış  və rasional istifadə 
eilməsi və ətraf mühitin mühafizəsi; 
Transsərhəd sularından onların transsərhəd xarakterə malik olduğunu nəzərə alaraq 
ağıllı və ədalətli şəkildə istifadəsinin təmini; bu sularda ekosistemin qorunmasının, zəruri 
halda isə  bərpasının təmin olunması üçün tədbirlər görülmэsini nəzərdə tutan öhdəliklər 
müəyyən edib. 
Konvensiya üzrə “transsərhəd təsirlər” dedikdə insan fəaliyyəti sayəsində fiziki 
mənbəyi tam və ya qismən bu və ya digər tərəfin yurisdiksiyası altında olan rayonda 
yerləşən transsərhəd sularının vəziyyətinin dəyişməsi nəticəsində digər tərəfin 
yurusdiksiyası altında olan rayonda ətraf mühitin pisləşməsinə yol açan istənilən zərər 
başa düşülür. 
  1992-ci 
il 
konvensiyası  iştirakçı dövlətləri  istənilən transsərhəd təsirlərin 
qarşısının alınması, məhdudlaşdırılması  və azaldılması üçün tədbirlər görməyə  məcbur 
edir.  
 
 
Həmin tədbirləri həyata keçirərkən dövlətlər aşağıdakı prinsiplərə  əməl emtəyə 
borcludurlar: 
  Ehtiyat 
tədbirləri görmək prinsipi. Bu prinsipə görə  təhlükəli maddələrin sızması 
nəticəsində mümkün transsərhəd təsirlərin qarşısının alınması ilə bağlı  tədbirlər təxirə 
salına bilməz. 
-
 
 
“Ziyan vuran ödəyir prinsipi”. Buna görə çirklənmənin qarşısının alınması, 
azaldılması  və  məhdudlaşdırılması ilə bağlı bütün məsrəflər çirkləndirici tərəfindən 
ödənilməlidir. 
-
 
 Su  ehtiyatlarının idarə olunması prinsipi. Bu prinsipə  əsasən indiki nəsillər gələcək 
nəsillərin də  tələbatlarını ödəyə biləcək resursların yoxa çıxmaması üçün bütün səyləri 
həyata keçirməlidirlər. 
Dövlətlər həm fərdi, həm də müştərək qaydada 1992-ci il Konvensiyasında 
nəzərdə tutulandan daha sərt tədbirləri görmək hüququna malikdirlər. 
1992-ci il Konvensiyasının tərəfləri transsərhəd suların monitorinqinin aparılması 
ilə bağlı proqram tərtib etməyə məcburdurlar.  
 

:

journals
journals -> Paper Title (use style: paper title)
journals -> A sexual violation in an analytic treatment and its personal and theoretical aftermath
journals -> Aşura mərasimləri, mənəvi dəyər kimi Müəllif: Dr. İbrahim Zöhrab oğlu Quliyev 1 Alınan tarix
journals -> Laval théologique et philosophique narbonne, Jean-Marc, La Métaphysique de Plotin
journals -> 36 Sesaebi-184-187+. doc
journals -> Manas Sosyal Araştırmalar Dergisi 016 Cilt: Sayı: Manas Journal of Social Studies


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


tipta-uzmanlik-tezi-yazim.html

tipu-sultan--tipu-sultan-.html

tipul-pregatire-generala-4.html

tipuri-de-date-definite.html

tipurile-de-discurs-i.html