1 ... 65 66 67 68 69 70 71 72 ... 77

www.elmler.net - İntellektual-Elektron Kitabxananın təqdimatında

səhifə69/77
tarix04.02.2018
ölçüsü2.89 Kb.

www.elmler.net


 - 

Virtual İnternet R


esurs M


ərkəzi


 


         

İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj


 
252 
252 
mektəb  tikdirsün.  Yan  yörəsini  də  yavaş-yavaş  Həci 
Həcağa,  Ağa  Murtuz,  sonra,  o  biri  xozeyinlər  aldılar, 
mülklər  tikdirdilər.  Atam  yer  götürəndə  gördü  ki,  o 
yannara burun soxmaq mümkün döyül, onunçün qalxdı 
bir az yuxarı. Onda bu dikdirdə daş-qayadan başqa  bir 
zad 
yox 
idi. 
Buralar 
İçərişəhərlilərnən 
Çəmbərəkətdilərin  dava  meydanı  olmuşdu.  Həmişə 
ortaya  qan  düşəndə,  İçərişəhərlilər  xəncər  bıçaqlarını 
bellərinə  qoyub  bura  qalxardılar,  Çəmbərəkəntdilər  də 
yuxarıda, qayaların üstündə dayanıb onların başına daş 
kəsək  atardılar.  Elə  biz  təzə  gələndə  də  üç-dörd  dəfə 
helənçiy  davalar  oldu.  Bir  də  görürdün,  bəli, 
çəmbərəkətdilər  on-on  beş  dənə  sınıq  salxaq  araba 
çarxını  yandırıb,  Qırxpiləkənin  üstünnən  buraxdılar 
aşağı,  İçərişəhərrilərin  üstünə.  Dəyən  dəydi,  dəymiyən 
gilləndi  üzüaşağı,  Dumun  qabağına  tərəf,  nə  bilim,  biri 
getdi yana-yana girdi bəzzaz dükanına, dükan od tutub 
yandı,  bir  alayısı  gedib  deydi  kiminsə  evinin  divarına,  
müxtəsəri aləm qarışardı bir-birinə. Elənçiy dava-qırğın 
olanda, heç girdəvoylar  da, gözə görünməzdilər, hərəsi 
qaçıb bir küncdə gizdənərdi. Bilirdilər, bakililərün gözü 
qızdısa,  day  heç  nə  görmür,  kimi  gəldi  yortub 
buraxıllar.   
Axırda bizim məhəllə ağsaqqalları yığışıb getdilər 
Qoçu Nəcəfqulunun üstünə ki, bəs, amandu, dərdimizə 
bir  əncam  elə,  bular  yenə  də  bizim  məhəllədə  dava 
qırğın salıllar, aləm dəyir biri-birinə, arvad-uşaq yaman 
qorxur. 
Nəcəfqulu 
da, 
Çəmbərəkətdilərnən 
İçərişəhərdəki 
Ağşalvarlıların 
böyüklərini 
yanına 
çağırıb  başa  saldı  ki,  day    əvvəlki  vaxtlar  döyül,  indi  o 

www.elmler.net


 - 

Virtual İnternet R


esurs M


ərkəzi


 


            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 


253 
253 
253 
yannarda  camaat  yaşıyır,  gedin  dava-qırğınçün  ayrı  bir 
yer  tapun.  Onnan  sonra  məhəllə  sakitdəşdi.  Sonradan 
bu yannarın hamısını camaat alıb ev-eşik tikdirdi, arada 
da  bu  piləkannarı  tikdilər,  adını  da  qoydular 
Qırxpillekan. 
Yoxsa 
Dağlı 
məhəlləsinnən 
aşağı, 
İçərişəhərə  düşməyçün  gərək  fırlanıb  Çəmbərəkənd 
qəbirsannığının  içinnən  keçeydin.  İndi  yaxşıdı,  camaat 
yuxarı  məhəllələrdən  bu  piləkannarnan  düşür  düz 
aşağı, ta Dumun qabağına. Pənc qoşa. 
-Bəs  niyə  kənddən  köçmüşdüz?  «Altı  dörd»,  - 
Mirsəftər zərin şaqqıltısının müşayətiylə soruşur. 
Babamın  gözləri  azacıq  dolur,  əvvəlcə  dərindən 
nəfəs  alır,  başını  qaldırıb  kölgəsiylə  bütün  həyəti 
qucaqlamış  iri  tut  ağacının  gövdəsinə  nəzər  yetirir, 
ağaca çalınmış mismardan asılan və çoxdan bəri istifadə 
edilmədiyindən  artıq  pas  atmış  iri  balıqçı  tilovlarına 
baxır  və  nəhayət,  stolun  üstündə  uçuşan  xırda 
milçəkləri əliylə qovub ağır-ağır dillənir.  
–  Bilirsən,  balası,  sən  indi  qıraqçı  döyülsən,  evin 
içinin  adamısan,  başqası  olsaydı,  özümü  yorub 
danışmazdım.  Bizim  kəndin  torpaqları  çox  da  fərli 
döyüldü,  onunçün  camaatın  çoxunun  çöreyi  dənizdən 
çıxırdı. Kəndin üç tərəfi sudu, camaatın da  yarısı balığa 
gedərdi,  tutduqlarını  ərəbələrə  doldurardılar,  Bakiyə 
götürüb  satardıldar,  dolanardılar.  Mənim  atamın  da 
özünün  lötkəsi  vardı,  qərdeşdəriynən  bir  yerdə 
çıxardılar balığa. Bu xaraba qalmış dəniz də, bir verəndə 
beş almasaydı, dinc dayanmazdı. Neynəsin, adətidü də. 
Beyəm  kimi  kimə  havayı  çörey  vərir.  Əvəzində  mütləq 
nəsə  götürür  də.  Bu  dənizin  də,  işi  bizim  balıqçılarnan 

www.elmler.net


 - 

Virtual İnternet R


esurs M


ərkəzi


 


         

İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj


 
254 
254 
idi.  Bir  il,  beş  il,  on  il  çörey  vərirdi,  sonra  birdən  üzü 
çönürdü,  hansısa  hərəkətün  xoşuna  gəlmirdi,  verdiyi 
çöreyin  əvəzində  birdəfəlik  canuvu  alırdı.  O  vaxtlar 
bizim  qohum-əqrabada  öz  əcəliynən  ölən  kişi,  diyəsən, 
heç yox idi. Özü də tək bizimkilər yox, bütün kənd o cür 
idi. Bizim qəbirsandığımızda çoxusu arvad qəbirləriydi, 
kişi  qəbirlərini  barmaqnan  saymaq  olardı.  Cahar  pənc. 
Pay atonnan, pəncxananı da, tutmusan ki. 
–  Niyə  ki?  Bəyəm  kişiləri  qəbiristanlıqda  dəfn 
etmirdiniz?  -  Mirsəftərin  fikri  nərdtaxtanın  yanında 
olduğundan babamın sözünün məğzini anlamır. 
–  Eh,  ay  rəhmətdiyin  oğlu.  Kefdən  danışırsan. 
Kişilərin  goru  vardı  ki,  kəfəni  də  olsun?  Dimirəm  ki, 
hamısı    o  xaraba  qalmış  dənizdə  qırılırdı?  Balıqçı  nədi, 
qəbir, kəfən nədi? Bizim əsl qəbirsandığımız elə o dəniz 
idi  də.  Camaatın  canını  alırdı,  heç  meyitlərini  də  dala 
qaytarmırdi.  Balıqçı  ki,  qırx  beş-əlli  yaşına  çatdı,  sağ-
salamat  qaldı,  camaat  ona  imam-  peyğəmbər  kimi 
baxardı.  Hamı  diyərdi,  gör,  kişi  nə  qədər  əməli-saleh 
adamdı  ki,  bu  neçə  illərdə  dəniz  də,  onun  canına 
qıymıyıb. Az qalırdı qapısına nəzir daşısunnar. 
 –  Altı  bir,  -  Mirsəftər  zəri  atıb  soruşur,  -  yəni 
kəndin  ətrafındakı  torpaqlar  o  qədər  pis  idi  ki,  heç  cür 
əkin biçinlə dolanmaq olmurdu?  
  – Olurdu e, - babam başını yellədir, - ancaq çox 
çətin  idi.  Həm  torpaq  şorannıq,  həm  külek  imkan 
vermirdi, 
həm 
də 
sulamaq 
çetin 
idi. 
Süzün 
rayonnardakı  kimi  çay  yox,  arx,  kəhriz  yox.  Quyu 
suyuynan nə əkəceysən ki? Yenə camaatın dadına dəniz 

:

yenii -> yeni kitablar
yeni kitablar -> Təranə RƏHİMLİ
yeni kitablar -> MahirəNərimanqızı
yeni kitablar -> MahirəNərimanqızı
yeni kitablar -> MahirəNərimanqızı
yeni kitablar -> Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilən
yeni kitablar -> Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilə
yeni kitablar -> Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilən


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


uroven-dostovernosti-106.html

uroven-dostovernosti-110.html

uroven-dostovernosti-115.html

uroven-dostovernosti-16.html

uroven-dostovernosti-20.html