www.elmler.net - İntellektual-Elektron Kitabxananın təqdimatında 1 ... 69 70 71 72 73 74 75 76 77

www.elmler.net - İntellektual-Elektron Kitabxananın təqdimatında

səhifə73/77
tarix04.02.2018
ölçüsü2.89 Kb.

www.elmler.net


 - 

Virtual İnternet R


esurs M


ərkəzi


 


            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 


265 
265 
265 
qayadan  daşdan  yıxılırdı,  baş-gözü  partlayırdı.  Adam 
öldürmək  ağır  şeydi.  O  da  ola  həmşərilər  kimi  yazıq 
adamları. Əsas budu ki, öldürməmisiz. 
Babam  fikrini  yayındırmaqçün  doğranmaqda 
olan  qarpıza  yox,  stolun  üstündə  asudə  gəzişən  iri  
qarışqalara  baxır  və  qəfildən  barmaqını  uzadıb,  baş 
barmaqıyla  bir  neçəsini  əzir.  Elə  bil  ki,  barmağındakı 
qətiyyət dilinə keçir. 
– Eh, nöş öldürməmişəm?! O qədər  öldürmüşəm, 
o yana da keçmişəm. 
Mirsəftərin  bıçaqı  qarpızın  içində  donub  qalır, 
təəccüblə babamın laqeyid gözlərinə baxır. 
– Kimi, həmşəriləri?  
– Həmşəri də olub, erməni, urus da olub.  
– Haçan? 
–  On  sekkizinci  ildə.  Onsuz  da  elə  əvvəldən 
həmşərilərnən  çox  aram  yox  idi,  ancaq  on  sekkizinici 
ildən sonra lap zəhləm getdi olardan.  
– Niyə ki? - Qarpızın içində qalmış bıçaq yenidən 
hərəkətə gəlir.  
–  Əşi,  o  vaxt  beş-altı  vağon  ərməni  saldatı 
getirmişdilər  Bakiyə.  Guya  burdan  keçib  davaya 
gediceydilər,  türklərnən  vuruşmağa.  Bu  köpey  uşaqları 
da,  dinc  diyanmadılar,  şəhərdəki  ərmənilərnən  əlbir 
olub,  başdadılar  aşağı  məhəllələrdə  müsürmannarı 
incitməyə,  evləri  talan  elədilər.  Nə  qədər  müsürmanı 
qırdılar.  O  vaxt  bizim  məhəllə  cavannarı  yuxarıdakı 
Dağlı  məhəlləsinin  cayıllarıynan  birləşib  sözü  bir  yerə 
qoyduq  ki,  ərməniləri  yuxarı  məhəllələrə  buraxmıyaq. 
Ağsaqqalları  göndərdik  samballı  qoçuların  yanına, 

www.elmler.net


 - 

Virtual İnternet R


esurs M


ərkəzi


 


         

İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj


 
266 
266 
axırda  Aşurbeyov  bizimçün  əlli  dənə  tüfəng,  otuz-qırx 
karobka  da  güllə  göndərdi.  Biz  də  dağlı  məhəlləsinnən 
aşağı  səngər  düzəltdik,  ərməni  saldatdarı  iki-üç  dəfə 
yuxarı  məhəllələrə  çıxmaq  istiyəndə  gülleyə  basıb  
qeytərdik  dala.  Hə,  canım  sənə  disün,  hələ  həmin 
davalar vaxtı bir gün o köpey uşağı ərməniləri qovlıyıb 
özümüz 
də 
aşağı 
düşmüşdük. 
Baxdıq 
Həci 
Zeynalabdinin  qız  mektəbinnən  yüz  addım  yuxarıda, 
ərmənilərin bir saat əvvəl səngər qurduğu yerdən kimsə 
çağırır ki, ay qardaş, kömək eliyin, ölürəm, canım çıxır. 
Yaxın  gəlib  gördük,  bir  dənə  həmşəridü,  sağ  qolunu 
güllə  aparıb,  qanı  axıb  gedir.  Demə,  bu  vələdüzna  da 
ərmənilərnən  imiş.  Babam  Kərbəlayi  Fəttahın  qəbrinə 
and  olsun,  elə  hirsdəndim  ki,  beşaçılanda  nə  güllə 
vardısa,  hamısını  boşaltdım  bu  itoğlunun  qarnına.  O 
vaxtdan sonra, lap zəhləm getdi onnardan.  
-Bəlkə,  heç  həmşəri  deyilmiş?  -  Artıq  qarpızı 
dilimləyib bıçağı bir kənara qoymuş Mirsəftər dillənir. - 
Axı  deyilənə  görə,  İranda  da  erməni  çoxdu.  Yəqin  ki 
həmşərinlərin içində yaşadıqlarına görə elə bizim dili də 
bilməmiş olmazlar.  
Əlini  uzadıb  doğranmış  qarpız  dilimlərindən 
birini  götürmək  istəyən  babam,  kirayənişinin  sözündən 
sonra əl saxlayır, bir neçə saniyə nəsə fikirləşir, gözlərini 
döyür. 
– 
Deyirsən, 
yəni, 

da 
elə 
İran 
ərmənilərinnənmiş?  
–  Nə  bilim?  Axı  həmşərini  ermənilər  özününkü 
bilib dəstələrinə götürməzdilər. 

www.elmler.net


 - 

Virtual İnternet R


esurs M


ərkəzi


 


            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 


267 
267 
267 
Babam  bir  az  da  fikrə  gedir,  stolun  üstündəki 
qarışqalardan  daha  üç-dördünü  öldürəndən  sonra  içini 
çəkir. 
–  Doğurdan  e.  Heç  bu  vaxteycən  ağlıma 
gəlməmişdi.  Mən  də,  o  günnən  bu  yana  qırx  ildü  hara 
çatıram,  həmşərilərin  nəsil-necabətini  söyürəm  ki,  it 
uşaqları o vaxt ərməniyə kömey eliyirdilər.   
 
Mirsəftər  əlindəki  qarpız  dilimindən  bir  dişləm 
qopararaq,  çeynəyə-çeynəyə  bir  müddət  babama  baxsa 
da,  onun  təəssüf  hissi  keçirib-keçirmədiyini  ayırd  edə 
bilmir.  Və  qəfildən  ağlına  nə  gəlirsə,  söhbətin 
istiqamətini tamam dəyişir, babama  ilk baxışdan qəribə 
görünən bir sual verir. 
– Ağsaqqal, heç Lenini görmüsən. 
Babam  çeynədiyi  qarpız  tikəsini  udub  başını 
yellədir. 
–  Yox  əşi,  mən  heç  Məskoda  olmuşam  ki,  o 
keçisaqqalı da görəm? Ancaq gürcü balasını görmüşəm. 
– Kimi? 
– İstalini diyirəm. 
– Harda görmüsüz ki?  
–  Zirədə.  –  Babamın  adi  tərzdə  verdiyi  cavab 
Mirsəftərə  ağ  yalan  kimi  görünür.  Amma  xasiyyətini 
bildiyindən  kişini  özündən  çıxartmamaqçün  ehtiyatla 
soruşur. 
–  Axı  mən  heç  eşitməmişəm  ki,  Partiyanın  o 
vaxtkı  Baş  katibi  haçansa  Abşeron  kəndlərinə  qonaq 
gəlsin. 

www.elmler.net


 - 

Virtual İnternet R


esurs M


ərkəzi


 


         

İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj


 
268 
268 
Babam  başı  üstündəki  tut  ağacından  qarpız 
dilimlərinin  üstünə  düşən  yarpaqları  götürüb  yerə  atır 
və  gülümsünüb dillənir. 
–  Əşi  o  vaxt  İstalin  baş  katib  döyüldü.  Heç  adı 
İstalin  də  döyüldü.  Cüvəllağının  biriydi.  Beş-on  dənə 
lotu-potunu  yığmışdı  başına,  bizim  xozeyinnərin 
boynuna  tavan  qoyurdu,  pul  alırdı.  Özünkilərin  içində 
hamı ona Koba diyirdi, bizim camaat da elə gürcü balası 
diyən  kimi  bilirdilər  ki,  söhbət  kimnən  gedir.  Kasıb-
kusub  onun  xətrini  çox  istiyirdi.  Bizim  kəntimiz 
şəhərdən  lap  uzaqda,  az  qala  dənizin  içindeydi, 
onunçün  də  elənçiy  cüvəllağılar,  araqarışdırannan 
Urusyətdən  gizdin  gələndə  day  poyuznan-zadnan 
gəlməzdilər.  Həştərxannan  minərdilər  xırda  balıqçı 
gəmilərinə,  gələrdilər,  bizim  kəntin  yan-dövrəsində 
gizdincə  çıxardılar  qırağa  ki,  hökumət  adamlarının 
xəbəri  olmasun.  Sonra  şəhərdə  nə  zibilləri  olardısa, 
aradan  çıxmağ  lazım  olanda  yenə  də  cümardılar 
gözdən-qulaqdan  uzaq  olan  bizim  kəntə,  dəniz 
qırağındaki bağlarda gizdənərdilər. Həm burda axtaran 
olmurdu,  həm  də  bəd  ayaqda  elə  burda,  Pirallahıda 
balıqçı gəmilərinə minib təzədən qaçardılar Həştərxana. 
Mən  xırda  uşaq  idim,  Bakiyə  köçməgimizdən  yarım  il 
əvvəl, qonşumuzun oğlu Əbdüləliynən Gürgan tərəfdə, 
bağların  arasında  qoyun  otarırdıq.  Bir  də  gördük  ki, 
hardansa bağların içinnən yekə, bığlı bir dənə kişi çıxdı, 
əntiqə  kürkü  də  vardı,  hə,  yaxınlaşıb  Əbdüləlini  qırağa 
çekdi,  nəsə  danışdı,  mən  də  Əbdüləlidən  beş-altı  yaş 
kiçiyiydim  diyənə  sesimi  çıxartmadım,  müxtəsəri,  bığlı 
kişi  sözünü  diyənnən  sonra    qoyunnarın  içindən  bir 

:

yenii -> yeni kitablar
yeni kitablar -> Təranə RƏHİMLİ
yeni kitablar -> MahirəNərimanqızı
yeni kitablar -> MahirəNərimanqızı
yeni kitablar -> MahirəNərimanqızı
yeni kitablar -> Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilən
yeni kitablar -> Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilə
yeni kitablar -> Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilən


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


uroven-dostovernosti-25.html

uroven-dostovernosti-3.html

uroven-dostovernosti-34.html

uroven-dostovernosti-39.html

uroven-dostovernosti-43.html