1 ... 14 15 16 17 18 19 20 21 ... 100

ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ - səhifə 18

səhifə18/100
tarix15.07.2018
ölçüsü2.36 Mb.

 

72 


– Yox. 

Dedi: 


– Niyə? 

Dedi: 


– Cünki dərdimə əlac eliyə bilməzsən. Sənin ücun dəyil 

mənim dərdimə əlac eləmək. Mənim dərdimə əlac eliyən 

tapılmaz. Əlacı olan dərd deyil.  

Dedi:  


– Ə kişi, bəlkə elədim.  

Bilmir axı peyğəmbərdi.  

Dedi:  

– De dana.  

Dedirtdi. 

Dedi: 


–  Mən  şəhərin  naxırcısıyam,  camaatın  malını  otarıram. 

Dünənləri  yolnan  gələndə,  yolum  padşah  yanından  düşdü, 

padşahın  qızını  gördüm.  Ürəgim  ona  vurulub,  nə  ürəgimdəi 

anası vardı, nə cıxarda bilmirəm, nə də adın tuta bilirəm pad-

şahın qorxusundan. Adın da tuta bilmirəm, məhəbbət ürəgim-

dən cıxmır. Bu dərt də məni öldürəcək, əlac olmuyacaq buaa. 

Qorxumdan  kimə  diyə  biləcəyəm?!  Həzrəti  İsa  Əleyhsəlam, 

onun bi anası vardı, oğlanın.  

Dedi: 

–  Xanım,  carşavaıın  at  başua,  get  padşahın  elci  daşının 

üstündə otur. Səni aparsınlar icəri. 

Dedi:  


– Əəə, sən nə danışırsan?! Mən onu eliyə billəm?!  

Dedi:  


–  Səni  padşah  öldürmiyəcək  ki,  sənə  nə  qayıracax?! 

Qorxma! Hec zad deməz sənə. Qorxma, get!  



 

73 


Arvadı göndərdi. Arvad getdi oturdu elci daşının üstün-

də. Padşaha xəbər verdilər ki, bi nəfər oturub elci daşının üs-

tündə. Padşah güldü, güldü böyük adamdı da dənə. Gətirdilər. 

 Dedi: 


–  Arvad,  elci  daşının  üstündə  oturmusan.  Arvad  qorxa-

qorxa dedi:  

– Bəli.  

Dedi: 


– Ay arvad! Mənim qızım sənin oğlunun tayı-tuşu deyil, 

get öz tayın-tuşun tap! Ay arvad, mənim qızıma bir tabaq qır-

mızı qızıl gəlməlidi! 

Arvad yeməyə cörək tapmır.  

Dedi: 

–  Hə,  get  bir  tabaq  qırmızı  qızıl  gətir,  qızımı  verəcəm 

sənin ogluaa.  

Arvad qayıtdı gəldi. Həzrəti İsaya dedi. Həzrəti İsa dedi:  

– Get tabağı cöldə qumla doldur gətir. 

 Doldurdu gətirdi. Allah möcüzə vermişdi axı ona. Allah 

eliyir də hamısını. Əlin sürtdü o quma, hamısı oldu qıpqırmızı 

qızıl. Üstunə bidənə carşab örtdü, qoydu arvadın başına, dedi, 

apar  ver  padşaha.  Arvad  təəccüb  elədi.  Qoydu  başına  getdi 

padşahın cıxdı yanına, qoydu yerə. Bu səfərki ürəkli gedir ar-

vad,  qabağ  gönülsüz  gedirdi,  indi  gönüllü  gedir.  Başındakı 

tabağı  qoyur  yerə,  padşahın  qabağında.  Acdı  üstünü  padşah, 

gördü,  məətəl  qaldı.  Bu  nədi  ay  arvad,  bu  qızılı  hardan  tap-

mısan, xəzinə tapmısan? 

 Dedi:  

– Ay padşah, başıaa dönüm, xəzinə tapmamışam, bizdə 

bi  adam  var,  gəlib,  məni  bura  göndərən  də  odu.  Əlin  sürtdü 

torpaq oldu qızıl.  



 

74 


Padşah  İsanı  bilir,  ona  iman  gətirib.  Ama,  görmüyüb. 

Düşündü ki, bu İsadı yəqin.  

Dedi:  

– Arvad, get ogluu da, o torpağı qızıl eliyəni də gətir bura. 

Getdi, dedi sizi padşah cağırır. 

Buların ücü də gəldilər, cıxdılar  yuxarı. Padşah bildi bu 

İsadı. Görüşdülər, öpüşdülər. Padşah dedi:  

– Mənim qızımın elciliyin eliyən peyğəmbərdi.  

Dedi:  

–  Qızımı  verirəm,  üstündən  padşahlığımı  da  verirəm 

yeznəmə. Mən qoca kişiyəm.  

Həzrəti İsa oğlana dedi:  

– Qızın istiyirdin, üstündən padşahlığ da verdi.  

Oğlan dedi:  

–  Xeyr,  nə  mənə  padşahın  qızı  lazım  deyil,  nə  də  pad-

şahlıq!  Mən  belə  bir  Allahdan  əl  cəkmərəm!  Səninlə!  Hara 

getdin,  ora  gedəcəyəm!  Mən  naxırcının  biriydim,  mənə  gör 

Allah  nələr  verdi.  Mənə  lazım  deyil,  ölüncə  sən  hara  getdin, 

peyğəmbər! Mən sənlə gedərəm!  

Həzrəti İsa oğlanı götürdü, gəldi onların yanına. Dedi:  

–  Bax  padşahlığı  da  atdı,  padşahın  qızını  da  atdı.  Mən-

dən əl cəkmir. Siz necə vaxtdı mənnən bir yerdəsiz, sizdə bu-

nun yüzdə bir əqidəsi yoxdu! Siz elə xeyir gəzirsiz! 

 

*  *  * 

Ən  qədim  ocağ  Geygəl  ocağıdı.  Musa  Peyğəmbər  Səla-

vatullahhın oğlu o vaxt yəhudilər, Allah lənət eləmişlər, öldür-

mək  istiyilərmiş.  O  gəlib  bura  cıxıb.  Ona  görə  burdan  ocax 

yaranıb. Ona görə Geygəl ocağı deyillər ki, öz ogluna deyib ki, 

get, geyin  gəl. Uşax  o  biri oglan  gizlənip,  o  isə geyinip  gəlip. 

 

75 


Ona gorə qalıp Gey Gəl ocağı. Burdan da ora bir oğlan gedib, 

Kəlbayı Tağının ocağında, indi hər iki ocağa gediblər, gəliblər.  

 

Hər əməli sorğuya yalnız Allah cəkər 

 

İbrahim  peyqumbər  səlavatullah  həmişə  çörək  yiyəndə, 

diyərdi,  ay  Allah,  mənə  bi  adam  göndər,  sırfada  tək  oturmu-

yum.  (İbrahim  peyqumbərin  nuru  camalına  salavat!)  Bi  gün 

də  yiyəndə  gördü  bir  şəxs  gəldi.  Salamun  əleykum,  dedi, 

əleykum salam.  

Dedi:  

– Gəl otur.  

Elə istədilər yiyələr, dedi, namaz qılibsan?  

Dedi:  


– Yox. 

Dedi:  


– Dur burdan! Namaz vacibdi.  

Bu durdu ayağa, Allah-Taaladan səda gəldi, ey mənim hə-

bibim!  Mənim  istəkli  peyqumbərim!  Əgər  onu  tapıb  surfa  ba-

şında  oturtmasan,  səni  peyqumbərlikdən  azad  edirəm!  Namazı 

qılmıyıb, mən çəkərəm sorğu suala! Sən onun surfa başında niyə 

qəlbinə  dəydin,  durğuzdurdun?!  Gedib  onun  gönlünü  almasan, 

səni  peyqumbərlikdən  cıxardaram.  Burdan  İbrahim  peyqumbər 

səlavatullah düşdü onun dalına, getdi. Yapışdı gedək. Dedi:  

– Yox! Sən məni bayaq qovdun, getmirəm!  

Dedi:  


– Səni ant verirəm bir olan Allaha, gedək! 

Qaytardı,  gətirtdi  oturtdu,  o  surfadan,  o  cörəgdən  ona 

yedirtdi.  Allah  dedi,  namaz  qılmıyıb,  mən  yaratmışam,  mən 

sorğusunu çəkəciyəm, axı mənnən istixasə elədin, dedin, mə-



:

Kitab -> 2015
2015 -> []
2015 -> []
2015 -> []
2015 -> Microsoft Word 013 t?z? yoxlanilan Kitab-Huquqi t?f?kkurun sosial detertminantlar? v? huquqi d?rketm?nin metodlar?doc
2015 -> []
2015 -> Microsoft Word lord talibzadeh doc


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


yaz-bilm-okulu-baliyor.html

yaz-bu-ensiklopedik-6.html

yaz-formalarnda-ifad-edir.html

yaz-haqqnda-qsa-mlumat.html

yaz-ileri-rzgarl-sokak-5.html