1 ... 99 100 101 102 103 104 105 106 107

Əziz oxucu, bu kitabı sənin üçün yazdım. İnsana xas olan ən böyük nemətlərdən - səhifə 104

səhifə104/107
tarix23.10.2017
ölçüsü85.51 Kb.

225
Üstü yaşıl rəngli daşdan götürülmüş, ətrafını ot, ələf, mamır basmış  iri
naməlum qəbir sahibinin çürüyüb torpağa qarışmış sümüklərindən Tahir hayfını
almağı da unutmadı. Onları ayaqları altında əzişdirib tapdaladı.
Bu qəbir məktəbə getdiyi yolun üstündəydi. Onda Tahir birinci sinfə gedir,
ikinci növbə oxuyurdu. Dərs hava qaralanda qurtarırdı. Evə tək dönən yeddi yaşlı
uşağa elə gəlirdi ki, naməlum meyid qəbirindən çıxıb qara kölgə, nəfəs kimi onun
dalınca sürünür, əl-ayağına  dolaşıb yeriməyə qoymur, hülqumundan yapışıb
nəfəsini tıxayır… Qəbirin üstündə eləcə iri, enli, yaşıl daş qoyulmuşdu. Başdaşı
yox idi. Hündürlüyü bir metrəyə çatan bu ağır daşı haradan tapıb qəbirin üstünə
gətirmişdilər. Tahir o vaxt anlaya bilmirdi.
Qədim  qəbiristanlığın daş-kəsəyini təmizləyib yerini hamarlayandan sonra
kənd adamları bəlkə bir də burada qəbiristanlıq salmayacaqdılar. Ancaq təpəlikdə
qərar tutan o yeganə qadın məzarını, görünür, tək qoymaq istəmədilər. O məzarı
təpəlikdə ilk dəfə kim qazmışdı, Tahir bilmirdi. Ancaq təpəlikdə birinci yer edən o
məzar sahibinin dəhşətli ölümünü o da öz gözləri ilə görmüşdü.
Bir iyirmi beş ilin sözüdür. Tahir yuxarı siniflərdə oxuyurdu. Kəndin
yanından keçən elektrik qatarı ilə şəhərə-məşqə, güləşə gedəsiydi. Stansiyaya çata-
çatda kişilərin
kədərlə başlarını aşağı dikdiyini, arvadların ah-vayla, acı-acı
sinələrinə döydüyünü gördü. Kimsə yenicə, dayanmadan şığıyıb keçən elektrik
qatarının altına düşmüşdü. Meyidi kənara çəkib üstünə örtük atmışdılar. Təkcə
ayaqları açıqdaydı. Dolu, ağappaq qadın ayaqlarıydı…heç bir yerdən qanamamış,
göyərməmişdi. Bəlkə onun üçün də yarı örtük altında gizlədilmiş bədənə salamat,
bütöv görünüş verirdi.
Dəmir yolunu keçib meyidə daha
yaxından baxmaq istəyəndə ayağının
yumşaq bir şeyə toxunduğunu hiss etdi. Bu, qadının dağılmış beyni idi. Tahir indi
nə üçün meyidin ayaqlarının deyil, başının örtüldüyünü
anladı. Onun başı
bədənindən qopub tikə-tikə olmuşdu. Adamlar bu dəhşətli ölümə baxmağa ürək
eləmədiklərindən əllərinə keçən örtüklə birinci başı, qanlı boynu gizlətmişdilər.
Onun dağılmış beyninin parçaları hələ də relsin üstündəydi. Bəlkə o adamların
diqqətini cəlb etməmişdi, bəlkə də qorxu onların əl-qolunu bağlayıb hərəkət
etməyə qoymamışdı. Tahir beyinə lap yaxından baxmışdı. Tapdalanmasın deyə
əlinə götürüb əti çimçəşə-çimçəşə meyidin yanına gətirmişdi. Beyindən bəlkə heç
bir İy gəlmirdi. Ancaq Tahirə elə gəlmişdi ki, o qan, ya da ət iyi verir. Sonra bu İy
uzun müddət onun burnundan getməmişdi.
Buralı olmadığı üçün qadını heç kəs tanımamışdı. Ancaq o günü axşamüstü
məşqdən qayıdanda bilmişdi ki, qatarın altına düşən qadın qonşuluqda Kəbirə
xalagilin evində bacısı ilə kirayədə yaşayırmış. Hansı rayondansa gəlmiş, şəhərdə
işləyirmişlər. Onlara bir kassa ehsan da göndərmişdilər. Bozbaşın içində Üzən
quyruq yağlarına Tahir Baxa bilməmişdi. Ürəyi qalxmışdı. Anasına: «apar tulla», -
demişdi. Ona elə gəlmişdi ki, bu yağlar ehsan üçün kəsilmiş qoyun ətinin deyil,
qadının parçalanmış beynidir. Sonra bir neçə ay dilinə ət vura bilməmişdi. Bu ölüm
onu da mütəəssir etmişdi.
Qərib məzar təpəlikdə cəmi bir neçə ay tənha qaldı. Sonra özünə yoldaş tapdı.
Kənddə sərxoşluqda ad çıxarmış Ağaməcidi götür-qoy etmədən aparıb oradaca
torpağa tapşırdılar. Yazıq öləndə cavan idi. Əlli yaşı ola, olmaya. Amma yaman

226
vuran idi. İçib o tində, bu tində yıxılardı. Camaat bir-birini görəndə deyərdi:
«Ağaməcid genə içib yıxılıb küçəyə, uşaq-muşaq da yığışıb başına». Bir sözlə,
ayıq günü yox idi. Ancaq camaat Ağaməcidin tez ölməsini içkidə görmədi. Dedilər
onu pişiklərin ahı tutub. Ağaməcid damlarında balalayan pişiklərin üstünə
acığından neft töküb yandırmışdı. Quyruğundan od alan pişiklər miyoldaya-
miyoldaya özlərini ora-bura vurduqca Ağaməcid gülməkdən uğunub gedirdi. Ayaq
üstündə zorla dururdu. Deyəsən yenə içmişdi. Üzünü başına yığışan uşaqlara tutub
gözlərini
qıya-qıya:  «gördünüz əmi pişiklərin atasını necə yandırdı»-deyə
öyünürdü.
Ancaq Ağaməcid Tahirin yaddaşında şən, ürəyiyuxa, xeyirxah adam kimi
qalmışdı. İçməyəndə quzu kimiydi. Kənddə o adam yox idi ki, xeyir-şərinə
yaramasın. Toyda da birinci onu çağırırdılar, yasda da. Əl-ayaqdan iti idi. Nə iş
desən bacarırdı. Qazan altına kimi yandırar, əvəzində bir qəpik də almazdı. Pul
təklif edəndə «qədəş əyibdir, borcumuzdur», - deyərdi.
Sonra təpəlikdəki məzarların sayı artdı…Orada bir məzar da vardı ki, elə
Tahir də, yoldaşları da onun yanından keçəndə ləngiyir, dayanıb daşdan yonulmuş
heykələ uzun-uzadı baxırdılar. Məzar sahibinin boy-buxunu kimi iri, əzəmətli
çıxmışdı. Düzdür, o da buralı deyildi. Ancaq kənddə onu tanımayan da yoxdu.
Buralı olmaya-olmaya təpəlikdə dəfn edilməsi də heç kəsə qəribə gəlmirdi.
Bir vaxt Mirişlinin adı gələndə Tahirin, elə onların məktəbində oxuyan çox
uşaqların əl-ayağı əsirdi. O, rəsmxətt müəllimiydi, Tahirgilə əvvəl rəsmdən, sonra
da rəsmxətdən dərs vermişdi. Çox tələbkar idi, məktəbin bütün nadinc,
sözəbaxmayan uşaqlarının qənimiydi…
Tahirgilin
sinfi də nadinc, ipə-sapa yatmaz, hayküyçüydülər…İllah da
müəllim bir-iki dəqiqə geçikmiş olanda sinfi dağıdardılar. Toz-torpaqdan göz
tutulardı.
Onların öhdəsindən bircə Mirişli gəlirdi. Məktəbdə olanda heç birinin cıqqırı
çıxmırdı. Sinfə girərkən hamının səsinin xırp kəsilməsinə baxmayaraq, qızları ayaq
üstə saxlar, oğlanları da çağırıb bir sırada lövhənin qabağına düzərdi. Yumruğu bu
başdan elə çəkərdi ki, zərbədən hamısının başı bir-birinə dəyərdi.
Onun dərsində gərək hamının albomu, rəngli karandaşı, pozanı, xətkeşi,
pərgarı olaydı. Kimin yoxuydusa «intizamsız» adlandırıb sinifdən çıxarırdı. Bir
sözlə, qəliz adam idi. Ancaq zahirən gülərüz, suyuşirin kişiydi. Zövqlə, təmiz,
səliqəli geyinərdi. Gözəl lövhələri vardı. Özü isə rəssam deyildi, hansı zavoddasa
mühəndis, çertyojçu işləyirdi.
Kinli-küdurətli olmadığından uşaqlar da ona kin-küdurət bəsləmirdilər.
Məktəblə üzülüşəndən sonra hamı onu gözəl insan, zarafatcıl olduğunu deyirdi.
Küçədə, yolda dərs verdiyi uşaqlarla qarşılaşanda özü birinci salam verir, hal-əhval
tutur, nə işlə məşğul olduqlarını soruşurdu. Əli çatana köməyini əsirgəmirdi.
Görünür, qəbrini də bu kəndə təsadüfi salmamışdılar. Bəzən sinfə girəndə uşaqlara
«əyləşin» deməyi unudaraq pəncərə qabağına keçirdi. Buradan bütün kənd, indi
onun əbədi qərar tutduğu təpəlik aydın görünürdü. Gözünü pəncərədən çəkməz, nə
haqqındasa hey uzun-uzadı düşünərdi. Fikir üzündə bulud təki dolaşırdı. Belə
vaxtlarda üzünün yaraşıqlı cizgiləri mülayimləşir, işıqlanardı.

:

Kitab
Kitab -> []
Kitab -> []
Kitab -> []
Kitab -> []
Kitab -> SokratöNCƏSİ yunan fəLSƏFƏSİ
Kitab -> Anafilaktik şok üzrə klinik protokol
Kitab -> []


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


zagryazneniemirovogookean.html

zah---drs-islam-peymbr-s.html

zaha-hadid-betl-ozar.html

zaharlanish-ruij.html

zaharov-a-s---shukanova-k.html